Qəzaya uğrayan "MiQ-29"un “qara qutusu” tapıldı - FOTO
Ölçü:


Xəzər dənizi üzərində təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq sudan çıxarılıb.

Koordinat.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədi ilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.

19.08.2019 12:07:00
Oxuma sayı: 31