Goranboyda tapılan 104 yaşlı qadı Çeçenistana göndəriləcək
Ölçü:


Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Kərbəla adı ilə Goranboya göndərilən 104 yaşlı Çeçenistan sakininə kömək edib.

Koordinat.az
xəbər verir ki, bu barədə Ramzan Kadırov "Mylistory" səhifəsində yazıb: “Son vaxtlar Rusiya və Azərbaycan KİV-də Çeçenistan sakini Mədinə Əliyevanın Goranboyda küçədə soyuqdan donmuş halda tapılması barədə xəbərlər yayılıb. Bütün məlumatlar bir mənbəyə istinadən yazılıb. Mən dərhal məsələnin dəqiqləşdirilməsi barədə göstəriş verdim. Azərbaycan DİN əməkdaşları, qadının yerləşdirildiyi “Tereza Ana” sığınacağı və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyin rəhbərliyi, eləcə də M. Əliyevanın özü ilə söhbətdən sonra məsələyə aydınlıq gətirildi. Hasavyurt rayonun Osmanyurt və Xasav-Yurt kəndlərində yaşadığını iddia edən qadın bildirir ki, onun heç bir qohumu yoxdur”.

Kadırov yazıb ki, Osmanyurt kəndinin administrasiyasında qadın barədə heç bir məlumat yoxdur. Lakin Mədinə Əliyevanın bu kənddən olması barədə arayışı var: “Çeçenistan Miqrasiya Xidmətinin məlumatına əsasən, 1914-cü il təvəllüdlü Mədinə Əliyeva Çeçenistanda heç bir sənəd almayıb və burada qeydiyyatda olmayıb. Ola bilsin ki, yaşının çox olması səbəbindən Mədinə Əliyeva harada yaşadığını dəqiq xatırlamır”.

Ramzan Kadırov göstərişi ilə Çeçenistan nümayəndələri qadına baş çəkiblər, ona lazımi ərzaq veriblər: “Bazar ertəsi Rusiya səfirliyinin dəstəyi ilə Mədinə Əliyevanın Azərbaycandan Çeçenistana göndərilməsinə dair məsələ öz həllini tapacaq. Əsas odur ki, M. Əliyevaya hal-hazırda təcili kömək lazımdır. Bu kömək ona göstəriləcək. Onun haradan olması vacib deyil”.
07.01.2018 12:26:50
Oxuma sayı: 300