Deputat İqbal Məmmədov Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb - Həbs olunlar var
Ölçü:


Adı mediada müxtəlif və çoxsaylı qalmaqallarda hallanan Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb.

Koordinat.az xəbər verir ki, tanınmış iqtisadçı-ekspert Qulu İbrahimli özünün “Facebook” hesabında İqbal Məmmədovun ona məxsus olan “Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürdüyünü yazıb. İqtisadçının statusunu olduğu kimi təqdim edirik:

“İqbal Məmmədov “Relax”a gələn vergi işçilərini döydürüb. Onu bu dəfə ipdən asacaqlar. O qədər qudurub ki, yoxlamaya gələn vergi işçilərini və köməyə çağırılan polisləri içəri buraxmayıb. Vergi işçilərini kütləvi döyüblər. Sanıram ki, dövlət və Vergilər Nazirliyi prinsipial mövqe ortaya qoymalıdır. Cəmiyyət də Vergilər Nazirliyinə güvənir. Ağlım kəsmir ki, hansısa nüfuzlu şəxs İqbal Məmmədovu bu dəfə müdafiə etsin. Həmin adam özünü də yandırar.

Vergilər Nazirliyinin yüksək rəhbər şəxsləri və Respublika Prokurorluğunun nümayəndəsi Bakıdan dünən dərhal Lerikə gediblər. Həbslər var. Sabah ətraflı bəhs edəcəyəm. Hadisəni gizlətmək mümkün deyil. Bu dəfə deputat toxunulmazlığı İqbala kömək etməməlidir.”

Xatırladaq ki, deputat İqbal Məmmədov onun haqqında səsləndirilən bu ittihamlara hələ münasibət bildirməyib.
18.08.2019 12:55:00
Oxuma sayı: 36