Qazaxıstanda bir gündə iki dəfə silkələndi
Ölçü:



Bu gün səhər saatlarında Qazaxıstanda 5,4 və 4,9 maqnitudalı zəlzələlər olub.

Koordinat.az xəbər verir ki, bu barədə Qazaxıstan Seysmoloji Təcrübə-Metodika Ekspedisiyası məlumat yayıb.

Səhər saat 05.07 radələrində Alma-Atıdan 145 km şimal-şərqdə 5,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Jarkənd şəhərində 5 bal, Taldıkorqan və Satı qəsəbələrində 2,3 bal hiss edilib.

Səhər saat 09.12 radələrində isə Alma-Atıdan 78 km şimalda 4,9 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
18.08.2019 11:11:00
Oxuma sayı: 35