Ağır çəkili insanı 8-ci mərtəbədən FHN endirməli oldu
Ölçü:



Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzilindən çıxarılaraq aşağı endirilməsi barədə müraciət daxil olub.

FHN-nin Koordinat.az-a verdiyi məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsindən aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.
18.08.2019 11:28:59
Oxuma sayı: 35