Xaricdən Azərbaycana ət idxalı azalıb
Ölçü:


Bu ilin yanvar-iyul aylarında ölkəyə 28 min 804 ton ət idxal olunub.

Koordinat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilir ki, hesabat dövründə idxal edilən ətin dəyəri 43 milyon 329 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin 7 ayında Azərbaycana 25 min 687 ton ət idxal edilib. Bunun ümumi dəyəri isə 37 milyon 827 min dollar təşkil edib.
17.08.2019 18:52:00
Oxuma sayı: 37