Bakıda sərnişin avtobusu dərəyə aşdı: 25 yaralı var
Ölçü:


Bakının Zığ şosesində sərnişin avtobusu aşıb.

Koordinat.az xəbər verir ki, 175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanlar var. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

“Report”un yaydığı məlumata görə, qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Hadisə nəticəsində 25 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 10 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 15 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 13-ü böyük, ikisi isə azyaşlıdır.

Polisin məlumatına görə, avtobusda ümumilikdə 30 nəfər olub. Qəza avtobus 28 May metrostansiyası yaxınlığından çıxıb Hövsan qəsəbəsi istiqamətində gedən zaman baş verib. Hadisə şahidləri sürücünün ərazidən qaçdığını bildiriblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.


06.01.2018 18:37:00
Oxuma sayı: 532