Ekspert: “Yeni sistem yüksək bal toplamağa imkan vermədi”
Ölçü:

Avqustun 15-dən etibarən ali təhsil müəssisələrinə qeydiyyat başlayıb.

Koordinat.az xəbər verir ki, tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Statistikaya görə, bu il tələbə adını qazanmış abituriyentlər keçən illərə nisbətən zəif nəticə göstəriblər.

Təhsil üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna deyib ki, builki qəbul imtahanlarda I qrup üzrə cəmi 1 nəfər 690 -700 arası bal toplaya bilib. Onun sözlərinə görə, keçən il bu nəticəni 56 abituriyent göstərmişdi: «Ümumiyyətlə, keçən illə müqayisədə bu il göstəricilər aşağıdır. Məsələn, bu il 680-689 arası bal toplayan abituriyentlərin sayı 14 nəfərdir. 2018-ci ildə isə 52 nəfər idi. 660-669 arası bal toplayan abituriyentlərin sayı 46 nəfərdir. Keçən il bu rəqəm 86 idi».

K.Əsədovun vurğulamasına görə, yuxarıdakı müqayisədən açıq aşkar şəkildə görsənir ki, qəbul imtahanlarda əksər qruplar üzrə yüksək nəticə göstərənlərin sayı əvvəlki illərdən kəskin şəkildə azalıb. Ekspert hesab edir ki, bunun əsas səbəbi yeni imtahan modelidir: «Bu il imtahanlar tamamilə fərqli, iki mərhələli formada keçirilib. Bundan əlavə imtahanlarda ancaq test suallar yox, yazılı cavab tələb edən suallar da verilmişdi. Ona görə də nəticələr qənaətbəxş olmadı».
15.08.2019 18:11:00
Oxuma sayı: 61