Yasamalda içməli su məhdudiyyətlə veriləcək
“Azərsu” ASC-dən Koordinat.az-a bildirilib ki, Bakı şəhəri Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yeni tikilmiş magistral su kəmərindən birləşmələrin verilməsi ilə əlaqədar avqustun 15-də gün ərzində Şəfaət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
15.08.2019 14:56:00
Oxuma sayı: 207