Qırmızı Körpüdə böyük növbə
Ölçü:


Qırmızı Körpü Sərhəd-Buraxılış məntəqəsinin Azərbaycan tərəfində pasport sistemi çöküb.

Koordinat.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri, sərhəd-keçid məntəqəsinin xidmətindən istifadə edən vətəndaşlar məlumat yayıblar. Vətəndaşların məlumatına görə, hazırda yüzlərlə insan növbədə gözləyir.

Məntəqədən foto da paylaşılıb. Həmin fotoda Qırmızı Körpüdə yaranmış növbə aydın müşahidə olunur.

14.08.2019 17:36:00
Oxuma sayı: 18