Ali məktəblərdə 5785 plan yeri boş qalıb
Ölçü:


Bu il ali məktəblərə tələbə qəbulu üçün ayrılmış plan yerlərinin 5785-i boş qalıb. Dövlət İmtahan Mərkəzinin elan etdiyi nəticələrdən sonra boş qalan yerlərin 2369-u dövlət sifarişli ixtisaslara aiddir.

Koordinat.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, bu il ali məktəblərə ayrılan 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi.
Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

"Yəni 20189 dövlət sifarişli plan yerlərinin 17820-sinə qəbul həyata keçirilib və II tur üçün 2369 pulsuz, dövlət sifarişli plan yerləri boş qalıb” - deyə, ekspert bildirib.

Xatırladaq ki, tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Boş qalan plan yerlərinə isə 15-19 avqustda əlavə seçim olacaq.

14.08.2019 14:48:00
Oxuma sayı: 58