Ermənilər Daşaltıda "arxeoloji qazıntılar"a başladı
Ölçü:


İyulun 26-dan Ermənistan Elmlər Akademiyasınıın mütəxəssisləri Azərbaycanın işğal altındakı Şuşa rayonunun Daşaltı kəndi yaxınlığındakı mağarada yeni qazıntı işlərinə başlayıb.

Koordinat.az
xəbər verir ki, bu haqda  jurnalistlərə işğalçı ölkə arxeoloji ekspedisiyasının rəhbəri, Ermənistan EA molekulyar biologiya institutunun etnogenomika laboratoriyasının müdiri, professor Levon Yepiskoposyan danışıb. Guya qazıntılar zamanı insan və heyvan sümükləri aşkar edilib.   Onun sözlərinə görə, qazıntılardan məqsəd ərazinin bioloji, zooloji və eyni zamanda antropoloji(insani mənşə-!) tarixi ilə bağlı yeni məlumatlar əldə etməkdir.
Xəbərdə qeyd edilir ki, erməni alimlər Daşaltıdakı mağarada arxeoloji kəşfiyyat işlərinə 2011-ci ildə başlayıb. 2011-ci ildə isə ilk qazıntı aparılıb.

Xatırladaq ki, bəzi mənbələrdə “Xan mağarası” adlandırılan Şahnəzər mağarası - Şuşa şəhərindən 5 km cənubda Yevlax-Laçın-Naxçıvan şose yolundan 2 km aralıda Zarıslı çayı sahilində Daşaltı kəndi ərazisində yerləşir.Uzunluğu 125 m, eni və hündürlüyü 10 metrdir. Azərbaycan alimləri tərəfindən aparılmış qazıntılar zamanı mağaradan iki kobud daş çapacaq, çaxmaqdaşı və obsidiandan hazırlanmış 6 kiçik bıçaq, e.ə. IV-II minilliyə və b.e.X-XIV əsrlərə aid saxsı məmulatı, Orta əsrlərə aid müsəlman qəbri tapılıb.
14.08.2019 11:31:00
Oxuma sayı: 67