İlham Əliyevlə Həsən Ruhani telefonla danışdılar
Ölçü:


Azərbaycan prezidenti İlham Əliyev və İran lideri Həsən Ruhani arasında telefon danışığı olub.

Koordinat.az xəbər verir ki, bu barədə İran prezidentinin saytı məlumat yayıb. Bildirilir ki, Həsən Ruhani telefon danışığı zamanı Azərbaycanı qardaş ölkə adlandırıb.

“Tehran Azərbaycanla əlaqələrin genişlənməsinə böyük önəm verir. Azərbaycan  bizə dost və qardaş ölkədir və əməkdaşlığımız daha da dərinləşəcək”.

Azərbaycan prezidenti isə öz növbəsində iki ölkə arasında münasibətlərin yüksəsk səviyyədə olmasını Bakı və Tehranın atdığı qarşılıqlı addımlarla əlaqələndirib.  

 
14.08.2019 10:53:00
Oxuma sayı: 19