Məhərrəmlik sentyabrın 1-dən başlayır
Ölçü:

Bu il üçün Məhərrəm ayının başlanacağı tarix açıqlanıb.

Koordinat.az
xəbər verir ki, Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək. Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.

Sentyabrın 29-da Məhrrəm ayı başa çatır və Səfər ayı başlayır.
14.08.2019 10:17:00
Oxuma sayı: 251