Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub
Ölçü:


Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.

Koordinat.az
xəbər verir ki, bu barədə məlumat Rusiyanın rəsmi hüquq informasiya portalında yerləşdirilib. Məlumatda bildirilir ki, Rusiya prezidentinin 9 avqust 2019-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub.

13.08.2019 13:24:00
Oxuma sayı: 101