AMEA-da maaş: prezident 1570, bağban 260 manat - TAM SİYAHI
Ölçü:

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib. Bu dəyişiklik nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan işçilərinin  aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən artırılıb.

Koordinat.az AMEA-da çalışan işçilərin aylıq vəzifə maaşlarının məbləğini oxuculara təqdim edir:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşlarının CƏDVƏLİ
AMEA-nın prezidenti -------------------------------------2570
AMEA-nın 1-ci vitse-prezidenti-------------------------1780
AMEA-nın vitse-prezidenti, akademik katibi---------1645
AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik-katibi -------1230
İdarə rəisi-----------------------------------------------------1190
AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında:
əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini----------11507
İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi -------------------------------980
Qeyri-əsas şöbənin rəisi--------------------------------715
Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi----------------------------------------------------675
Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri----------630
Aparıcı mütəxəssis-----------------------------------------570
Mütəxəssis--------------------------------------------------520
Arxiv müdiri, təsərrüfat müdiri---------------------------385
Avtomobil sürücüsü ------------------------------------- 320
Böyük arxivçi, böyük inspektor-------------------------310
Arxivçi, kompüter operatoru,  katibə-kompüter operatoru, stenoqrafçı, kargüzar, xəzinədar, kadrlar üzrə inspektor-----------------------295
Texnik, komendant, laborant-----------------------------270
Bağban, gözətçi, dülgər, rəngsaz, təmirçi-çilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət-----------------------------------------------------------260

13.08.2019 12:33:00
Oxuma sayı: 322