Ukrayna Putinin Krıma səfərinə etiraz etdi
Ölçü:


Ukraynanın Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Krıma səfərinə rəsmi etiraz bəyanatı yayıb.

Koordinat.az-ın məlumatına görə, bəyanatda deyilir ki, bu səfər Rusiya rəsmilərinin, Ukrayna tərəfinin razılığı olmadan ilhaq edilmiş Krıma əvvəlki səfərləri kimi Ukraynanın ərazi bütövlüyü və suverenliyinin kobud şəkildə pozulması deməkdir.

Xatırladaq ki, Putin Krıma avqustun 10-da gedib. O, “Gecə canavarları” klubunun Sevastopolda təşkil etdiyi şouda iştirak edib. Bu kluba “Cərrah” ləqəbli Aleksandr Zaldostanov başçılıq edir. Putin bu şouya “Ural” markalı motosiklində gedib.

İnterfaksın məlumatına görə, baykerlər prezidentə bayker papağı və əvvəlki velosiped şoularından birində çəkdikləri Putinə həsr etdilmiş ” Rus Reaktoru ” filmini bağışlayıb.

Putin həmçinin Hersonda Rusiya Pravoslav Kilsəsinin Metropoliteni Tixonun (Şevkunov) pyesi əsasında səhnələşdirilmiş “Qriffin” tamaşasına baxıb. (amerikaninsesi.org)

12.08.2019 10:47:00
Oxuma sayı: 79