Dənizdə batan 4 uşaq iki qardaşın övladları imiş
Ölçü:


Nardaran çimərliyində 4 uşağın batması ilə nəticələnən faciənin təfərrüatları məlum olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili "Qafqazinfo"ya açıqlamasında bildirib ki, batan uşaqlar iki qardaşın övladları olub. Qardaşlardan birinin iki qızı, digərinin isə qızı ilə oğlu boğulub. Onlardan 3-nün cəsədi sudan çıxarılıb, Cəfərzadə Zeynəbin meyitinin axtarışları isə davam etdirilir.

Məlumata görə, avqustun 10-da Ramin adlı şəxs həyat yoldaşıyla birgə dənizə gedərkən öz və qardaşı uşaqlarını da aparıb. Ramin də uşaqlarla birgə suda boğulurmuş. Lakin ətrafdakılar onu sudan çıxararaq ölümdən xilas edib. Bu zaman dənizin içində olan uşaqlar boğularaq ölüblər. Onlar Nardaran Sulardan Xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə çimərkən batıblar.
11.08.2019 11:53:00
Oxuma sayı: 95