Meriyadan hava şəraiti ilə bağlı xəbərdarlıq
Ölçü:

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına təcili müraciət edib.

Koordinat.az-ın məlumatına görə, xəbərdarlıqda bildirilir ki, bu gün avqust ayının 11-dən başlayaraq havanın kəskin şəkildə dəyişməsi, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacaqı gözlənilir.

“Bununla əlaqədar vətəndaşları ehtiyatlı olmağa, nəqliyyat vasitələrini ağacların altında saxlamamağa, mənzillərdə pəncərələri bağlamağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırıq. Paytaxt Bakı şəhəri üzrə bütün kommunal və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar”,- deyə Bakı Şəhər İcra Hakimiyyətinin təcil xəbərdarlığında bildirilir.

11.08.2019 10:26:00
Oxuma sayı: 71