İzmir-Bakı sərnişin təyyarəsi Gəncəyə məcburi eniş edib
Ölçü:



"Buta Airways"in İzmir-Bakı marşrutu üzrə reys yerinə yetirən sərnişin təyyarəsi Gəncə aeroportuna məcburi eniş edib.

Koordinat.az-ın məlumatına görə, məcburi eniş sərnişinlərdən birinin halının pisləşməsi ilə (yüksək təzyiq) əlaqədar olub.

J2 9042 nömrəli aviareysi yerinə yetirən təyyarə Bakı vaxtı ilə saat 13:42-də Gəncəyə uğurlu eniş edib. Göyərtədə 102 sərnişin olub.Halı pisləşən sərnişinə təcili surətdə tibbi kömək göstərilib.

Təyyarənin yaxın dəqiqələr ərzində marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.
10.08.2019 15:42:57
Oxuma sayı: 270