FHN-dən Zaqatalada baş vermiş zəlzələ ilə bağlı AÇIQLAMA
Ölçü:



Bu gün Zaqatala rayonu ərazisində baş verən 6 ballıq zəlzələ nəticəsində hər hansı dağıntı və xəsarət alanların olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

Bu barədə Koordinat.az-a FHN-dən məlumat verilib.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumata görə, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
10.08.2019 13:04:50
Oxuma sayı: 48