Aeroport yolunda qəza: xəsarət alanlar var
Ölçü:



Aeroport yolunda, Sabunçu keçidinin yaxınlığında qəza baş verib.

Koordinat.az xəbər verir ki, qəza zamanı 30 yaşlı qadın və onun 6 aylıq qızı xəsarət alıblar.

Yaralılar hadisə şahidlərinin köməkliyi ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdiriliblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daha sonra yaralılar Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Bildirilib ki, qadın alın nahiyəsinin kəsilmiş yarası, uşaq isə qapalı kəllə beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri alıblar.

Hazırda onların müalicələri davam edir.
09.08.2019 14:17:00
Oxuma sayı: 99