Bu rayonun kəndlərinə qaz verildi
Ölçü:



Bu gün Şamaxı rayonunun Çıraqlı və Çöl-Göylər kəndlərinə təbii qaz verilib.

"Azəriqaz"ın mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, bu münasibətlə Çıraqlı kəndində rayon rəhbərliyi və “Azəriqaz” İstehsalat Birliyi nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.

Qeyd edək ki, Çıraqlı (39 abonent) və Çöl-Göylər (110 abonent) kəndlərinə təbii qazın verilməsi ilə rayon üzrə qazlaşma faizi 96,67 faizə çatıb. İşlərə bu ilin fevral ayının əvvəlində başlanılıb. Ümumilikdə 2 kənddə müxtəlif diametrli yeraltı orta təzyiqli polietilen və paylayıcı yerüstü qaz kəmərləri çəkilib. Hər bir fərdi mənzilin qaz kəməri üzərində 149 ədəd qaz sayğacı quraşdırılıb.
09.08.2019 13:24:00
Oxuma sayı: 18