Mərkəzi Bank manatı qorumaq üçün nə qədər pul xərcləyir?
Ölçü:


Ötən ilin dekabr ayında hərraclarda yarım milyard dollardan artıq valyuta satılıb.

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, əvvəldən də proqnozlaşdırıldığı kimi, ötən ay dollara tələbin artması müşahidə edilib. Belə ki, 2017-ci ilin dekabr ayında noyabrla müqayisədə 2.8 dəfə, yəni 584,8 milyon dollar satılıb: "Deməli, ötən ay məzənnənin qorunması birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olub. Sadəcə bir ay ərzində yarım milyard dollardan artıq xarici valyutanın satılması dollara olan tələbin xüsusi aylarda yüksək qaldığından xəbər verir. Bu isə o deməkdir ki, bu il də manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən və deməli, neft gəlirlərimizin həcmindən asılıdır. 2018-ci ildə isə Mərkəzi Bank üçün cətin aylar mart, avqust və ilin son ayı olacaq".
06.01.2018 12:38:03
Oxuma sayı: 99