DİM rezidenturanın boş qalan plan yerlərinə ərizə qəbulu elan edir
Ölçü:



Məlum olduğu kimi, 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a bildirilib ki, boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər 7 və 8 avqust 2019-cu il tarixlərində saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, A. Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.
06.08.2019 18:35:59
Oxuma sayı: 109