Goranboyda pambıqçılıqla bağlı müşavirə
Ölçü:



Avqusutn 6-da Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında pambığın suvarılması, becərilməsi və yığıma hazırlığı vəziyyəti ilə bağlı operativ müşavirə keçirildi. Koordinat.az xəbər verir ki, müşavirədə rayon su təsərrüfatı idarələrinin, pambıq məntəqələrinin və iri pambıqçılıq təsərrüfatlarının rəhbərləri, inzibati ərazi icra nümayəndələri iştirak etmişlər.

Pambıqçılığın inkişafında mövcud vəziyyət əsaslı təhlil edilmiş və bununla bağlı rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev tərəfindən müvafiq tapşırıqlar verilmişdir.
06.08.2019 14:36:00
Oxuma sayı: 89