Minik avtomobil mikroaftobusla toqquşdu: ölən və yaralananlar var
Ölçü:

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
Koordinat.az xəbər verir ki, hadisə bu gün Ağsu-İmişli-Kürdəmir yolunun Kürdəmir rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayonunun Qarasaqqal kənd sakini Lazım Mövlan oğlu Rəsulovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə Niyaməddin Rəfail oğlu Qədirovun idarə etdiyi "FORD" markalı maşın toqquşub
Nəticədə VAZ markalı maşının sürücüsü L. Rəsulov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. "FORD"un sürücüsü N. Qədirov və sərnişini 46 yaşlı Əfqan Ədalət oğlu İmanov müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırılma aparılır.
04.08.2019 20:20:00
Oxuma sayı: 81