Vyetnamda fırtına dağıntılara yol açıb
Ölçü:



"Vifa" tropik fırtınası Vyetnamda dağıntılara yol açıb.

Koordinat.az-ın  "MİR 24" telekanalına istinadən verdiyi məlumata görə, leysan yağış və küləklə müşayiət edilən fırtına Vyetnamın Kuanqnin və Txanxoa əyalətində subasma və torpaq sürüşmələrinə yol açıb.
Bir çox rayonlarda küçələri və onlarla evi su basıb. Torpaq sürüşməsi yolların sıradan çıxmasına və nəqliyyatın hərəkətində problemlərə səbəb olub. Subasma insanlar yatarkən baş verib. Nəticədə 1 nəfər ölüb, 13 nəfər itkin düşüb.
Hazırda xilasetmə əməliyyatları aparılır.
04.08.2019 11:25:00
Oxuma sayı: 68