BMT Türkiyəyə İŞİD-lə bağlı xəbərdarlıq edib
Ölçü:



Birləşmiş Millətlər Təşkilatı (BMT) üzv ölkələrin xüsusi xidmət orqanları tərəfindən təmin olunan məlumatlara əsaslanaraq kritik bir hesabat hazırlayıb.

Koordinat.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurasındakı xüsusi müşahidəçilər, son dövrdə geriləməsinə baxmayaraq, hələ də əhəmiyyətli bir təhdid təşkil edən radikal dini terrorun narahatedici bir şəklini çəkib.
Hesabatı hazırlayan müşahidəçilər, beynəlxalq terrorizmdə son dövrdə baş verən dayanmanın qısa müddət ərzində sona çata biləcəyini və yeni il öncəsi yeni hücum dalğasının mümkün ola biləcəyini bildirib.
İngiltərənin “Guardian” qəzetinin xəbərinə görə, BMT müşahidəçiləri İŞİD sıralarında döyüşməyə gedən və sağ qalmış olan 30 min əcnəbi terrorçuya dair narahatlıqları gündəmə gətirib.

Hesabatda İŞİD üzvlərinin Türkiyəyə qaçmağa çalışdıqları da qeyd olunub.
Məlumata görə, sözügedən əcnəbi terrorçular yaxın gələcəkdə beynəlxalq bir narahatlıq mənbəyi halına gələ bilər. Bəziləri “Əl-Qaidə”yə qoşula bilər, bəziləri ortaya çıxa biləcək ayrıca terror təşkilatlarında birləşə bilərlər. Bəziləri təşkilat lideri ola, ya da terror təşkilatlarına üzv cəlb edən mövqelərə keçə bilərlər.
Hesabatda terrorçuların Türkiyə, Fransa, Belçika və Almaniyada yüzlərlə mülki vətəndaşı qətlə yetirdiyi 2015 və 2016-cı ildən bu yana daha az uğurlu hücum etdiyini vurğulansa da, Avropa üçün təhdid səviyyəsinin yüksək olmaqda davam etdiyini bildirilir.
03.08.2019 14:30:15
Oxuma sayı: 32