Azərbaycanda zəlzələ olub - 3 bal gücündə
Ölçü:



Ağsu rayonunda zəlzələ olub.

Bu barədə Koordinat.az -a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RXSM) Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı məlumat verib. O bildirib ki, yeraltı təkan 3 bala qədər hiss olunub:
"RSXM-nin saytında texniki problem yaranıb. Ağsuda baş verən zəlzələ ilə bağlı bildirmək istəyirik ki, zəlzələ elə də güclü deyil. Bu gün yerli vaxtla 08:50-də Pirqulu stansiyasından 8 km qərbdə Ağsu ərazisində dərinlik 13 km, ml=3.5 zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və ətraf rayonlarda 3 bala qədər hiss olunub".
03.08.2019 12:55:00
Oxuma sayı: 90