İqtisadçı alim: "Maliyyə Sabitliyi Şurası manatın gerçək məzənnəsinə imkan vermir"
Ölçü:


Azərbaycan Respublikası Dövlət Neft Fondunun açıqlamasına görə, Fond yalnız ötən ilin dekabr ayı ərzində valyuta hərraclarında 584.8 milyon dollar vəsait satıb ki, bu da noyabrla müqayisədə 2,8 dəfə çoxdur.

Koordinat.az
xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlu bununla əlaqədar iki məqama diqqət yetirməyin vacib olduğu qənaətindədir. Birincisi, əvvəldən proqnozlaşdırdığımız kimi dekabr ayında valyuta bazarında gərginlik qeydə alınıb. İkincisi, əgər həqiqətən də liberal üzən valyuta rejimi ilə bazar tənzimlənirsə, onda dollara tələbat artanda manat niyə dəyərdən düşmür?".

İqtisadçı alim hesab edir ki, 1 dollar = 1,7 manat məzənnəsi hələ də gerçək bazar məzənnəsi deyil, tənzimlənən və təyin olunan kursdur. Onun sözlərinə görə, gerçək məzənnə yalnız bazar qüvvələrinin iştirakı ilə tələb və təklif əsasında formalaşa bilər. Buna isə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Dövlət Neft Fondunun da təmsil olunduğu Maliyyə Sabitliyi Şurası imkan vermir.
05.01.2018 19:52:00
Oxuma sayı: 89