Ceyhun Bayramov şagirdlərin yerdəyişməsi ilə bağlı əmr imzalayıb
Ölçü:



Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb.

Nazirlikdən Koordinat.az -a bildirilib ki, əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək. “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” avqustun 15-dən istifadəyə veriləcək.

Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.
01.08.2019 16:55:00
Oxuma sayı: 133