Azərbaycanda 14 nəfər qidadan zəhərlənib
Ölçü:


2019-cu ilin iyul ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1 632 müraciət daxil olub.

Bu barədə Koordinat.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı agentliyə 41 müraciət daxil olsa da, onların yalnız 14-ü təsdiqini tapıb.

Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə agentliyə daxil olan müraciətlərin 121-i işə qəbulla, 638-i isə digər xarakterli olub.
01.08.2019 11:40:00
Oxuma sayı: 211