Deputat: "Ən azından Qarabağ ətrafındakı rayonlarımızı hərbi yolla azad etməliyik ki..."
Ölçü:


"Biz erməni xalqını döyüşdə məğlub etməsək, “Böyük Ermənistan” xəstəliyinə yoluxdurulan bu xalq heç vaxt imkan verməz ki, hansısa hökumət başçısı Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanıyan sənədə imza atsın. Heç bunu vasitəçilər də istəmir. Ona görə də, biz mütləq hərbi yolla ən azından Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı azad etməliyik ki, erməni xalqı reallıqla barışsın və Azərbaycanla sülh sazişi imzalasın".

Koordinat.az xəbər verir ki, bunu  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Teleqraf.coma müsahibəsində bildirib. O, qeyd edib ki, digər hallarda danışıqlar sadəcə problemin həllini zamanın ixtiyarına buraxmaq və daha əlverişli beynəlxalq şərait gözləmək məqsədi daşıyacaq. Onun fikrincə, əlverişli beynəlxalq şəraiti Azərbaycan özü yaratmalıdır: "Biz Qarabağın məskunlaşdırılmasına imkan verməməli, problemin həlli üçün Rusiya ilə hansısa formada anlaşmalıyıq. Rusiyanın Ermənistana dəstəyi olmasa, Azərbaycan bu problemi qısa müddətdə həll edə bilər. Bu baxımdan, danışıqlardan heç nə gözləməyə dəyməz. Dövlət olaraq müharibə edə bilmiriksə, Mübariz İbrahimov kimi qəhrəmanlarımız şəxsi şücaət göstərməli, düşmənə qan uddurmalıdırlar. Belə qəhrəmanlarımız daha yoxdursa, onda ah-nalə edib hökuməti, xalqımımızı qınamamalı, onları yetişdirənə qədər danışıq aparmalıyıq".

31.07.2019 14:27:00
Oxuma sayı: 258