Bakı-Tbilisi-Qars qatarı ilə jurnalistlərin səyahəti təşkil edilsin - təklif
Ölçü:


Bakı-Tbilisi-Qars qatarı ilə jurnalistlərin səyahətinin təşkil edilməsi bu nəqliyyat dəhlizinin iqtisadi imkanlarının təbliği və gələcək perspektivləri barədə ictimaiyyətin məlumatlandırılması işinə böyük töhfə verə bilər.

Koordinat.az xəbər verir ki, belə bir təşəbbüslə tanınmış jurnalist Təbriz Vəfalı çıxış edib. O təklif edir ki, ölkə ictimaiyyətindən əvvəl bu dəmir yolu ilə bir qrup jurnalistin səyahəti təşkil olunsun: "Çünki bu səyahətdən sonra ayrı-ayrı yazılı və elektron KİV-lərin nümayəndələrinin oxuculara təqdim edəcəyi çeşidli məlumatlar, reportajlar Bakı-Tiflis-Qars haqqında Azərbaycan ərazisində müəyyən qədər informasiya bazasının formalaşmasında və cəmiyyətdə BTQ barədə müsbət fikirlərin yaranmasında əhəmiyyətli rolunu ortaya qoyacaq”
04.11.2017 15:29:45
Oxuma sayı: 2360