Hüquq müdafiəçisi: "Qarabağda çəkilən yollara görə millətin susmasına görə çox hirsliyəm"
Ölçü:


"Azərbaycan cəmiyyəti torpaqlarımızın işğal altında qalmasına biganədir. Bu gün cəmiyyət hər şeyə biganə olub. Torpaqlarımızın getməsinə, ermənilərin Qarabağda yol çəkməsinə biganəyik. Biz hamımız intihar içindəyik". 

Koordinat.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib: "Qarabağda çəkilən yollara görə millətin susması məni sızladır. Əgər biz torpağımızı seviriksə, müxalifətli, iqtidarlı hamısı pul, vəzifə davası yox, torpaq davası qaldırsınlar. Ona görə də çox hirsliyəm. Bu gün insanlarımızda vətənpərvərlik ruhunun yüksəldilməsinə ehtiyac var”.
29.07.2019 12:27:00
Oxuma sayı: 106