Cavid Qurbanov: “Dünya Bankı Astaraya qədər dəmir yolu xəttinin genişləndirilməsini maliyyələşdirəcək"
Ölçü:


“Dünya Bankı Şimal-Cənub dəmir yolu nəqliyyatı dəhlizinin Bakı şəhərindən Astara rayonuna qədər olan hissəsinin inşasını maliyyələşdirməyə razılıq verib”.

Koordinat.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib: “Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir. Dünya Bankı bu layihənin maliyyələşdirilməsində tək iştirak etmək istəmir və başqa maliyyə institutlarını da cəlb etmək niyyətindədir”.

Qeyd edək ki, bu layihənin hesabına 243 km-lik dəmir yolu xətti genişləndiriləcək və ikixətli olacaq.
29.07.2019 10:59:00
Oxuma sayı: 42