İran ABŞın Dövlət katibini qəbul etməyib
Ölçü:


ABŞ dövlət katibi Mayk Pompeo İranın onun Tehrana səfər etmək təklifini qəbul etmədiyini söyləyib.

Koordinat.az xəbər verir ki, bununla bağlı ABŞ dövlət katibi “Twitter”də yazı paylaşıb: “Bu yaxınlarda Tehrana gedib İran xalqı ilə birbaşa danışmağı təklif etdim. Rejim mənim təklifimi qəbul etmədi”. 

Pompeo deyib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-da daim sərbəst danışmaq hüququndan istifadə edir.
29.07.2019 10:43:00
Oxuma sayı: 43