200-dən yuxarı bal toplayan 6 mindən çox abituriyent universitetlərə qəbul ola bilməyəcək -  III qrupda 
Ölçü:


“III ixtisas qrupunda 200 baldan çox bal toplayıb imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan və bütün müsabiqə şərtini ödəyən 15074 abituriyent var. Amma imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olan, lakin 150 ballıq ixtisas seçiminə icazə verilən 2391 abituriyent var. Ümumilikdə 150  baldan yuxarı III ixtisas qrupunda 17465 abituriyent ixtisas seçiminə buraxılıb.

Koordinat.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. O, qeyd edib ki, III ixtisas qrupu üzrə bu il qəbul plan yeri cəmi 11271 (2018-ci ildə 10601-idi) yerdir. Bu o deməkdir ki, III ixtisas qrupu üzrə istənilən halda ümumi 6194 müsabiqə şərtini ödəmiş (200-dən yuxarı bal toplayan 3.803 abituriyent) ali məktəbə qəbul ola bilməyəcək. Buraya düzgün ixtisas seçimi edə bilməyənləri də əlavə etsək, bu rəqəm arta bilər”.
 
Ekspert 350-dən az bal toplayan abituriyentlərin  daha diqqətli olmasını xüsusi qeyd edib: “Onlar öz ballarından yuxarı yerləri yazmasınlar. Çünki plan yerinin 11.271 olduğunu nəzərə alsaq və bu sayda abituriyentin 280-290 ballıq arada tamamlandığını düşünsək, onların vəziyyətinin çətin olduğunu görərik. Amma III qrupda 500 və daha çox bal toplayanların imkanları keçən illə müqayisədə yaxşıdır".

Bu il ödənişsiz plan yerlərinin III ixtisas qrupunda 1607 yer artaraq 3782 yer olması (2108-ci ildə ödənişsiz plan yeri 2175 idi) onların ödənişsiz ixtisaslara qəbul olma imkanını artırıb. 


III ixtisas qrupunda 2018-ci ildə yüksək ballı (580-630 bal arası) ixtisaslarda 30-50 bal enmə olacaq, amma aşağı ballı, ödənişsiz ixtisaslarda azı 30-50 bal artım ola bilər”. 


Kamran Əsədov bildirib ki, digər ixtisas qruplarında, xüsusilə II ixtisas qrupunda isə istər ödənişli, istərsə də ödənişsiz ixtisaslarda çox ciddi, hətta 60-70 bal enmə olacaq:

 

“Çünki II ixtisas qrupunda 200 baldan çox bal toplayıb imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan və bütün müsabiqə şərtini ödəyən 8170 abituriyent var.


Amma imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olan amma 150  ballıq ixtisas seçiminə icazə verilən 1996 abituriyent var. Ümumilikdə 150  baldan yuxarı II ixtisas qrupunda 10166 abituriyent ixtisas seçiminə buraxılıb. Amma II ixtisas qrupu üzrə bu il qəbul plan yeri cəmi 14181 (2018-ci ildə 13395-idi) yerdir. Bu o deməkdir ki, II ixtisas qrupu üzrə istənilən halda müsabiqə şərtini ödəmiş bütün abituriyentlər tələbə adını qazanacaq və hətta 4015 plan yeri də boş qalacaq ki, bu da subbakalavrların şansını bu ixtisas qrupunda artırır”.
29.07.2019 10:24:00
Oxuma sayı: 116