19 min abituriyent ixtisas seçimini təsdiqləyib
Ölçü:


Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a bildirilib ki, bu gün saat 18:25-ə olan məlumata görə, I ixtisas qrupu üzrə ümumilikdə 5700, II ixtisas qrupu üzrə 4197, III ixtisas qrupu üzrə 5225, IV ixtisas qrupu üzrə 1637 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 2578 nəfərdir.

Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.
27.07.2019 18:21:00
Oxuma sayı: 93