"MİQ-29" qırıcısı ətrafında qalmaqal - hərbi ekspertə "yazdıqlarını sil" deyən kimlərdir? yenə "Rusiya barmağı"
Ölçü:


Tanınmış hərbi ekspert Üzeyir Cəfərovun "MİQ-29" qırıcısının qəza uğraması ilə bağlı dünən "Facebook" vasitəsilə yaydığı məlumat böyük rezonansa səbəb olub. Ekspertin Azərbaycana məxsus döyüş təyyarəsinin Rusiya tərəfindən vurulması versiyası hadisə ətrafında qalmaqal yaradıb.

Koordinat.az xəbər verir ki, Üzeyir Cəfərov baş verənlərlə bağlı "Facebook" səhifəsində növbəti ststusunu paylaşıb. Ekspertin həmin fikirlərini olduğu kimi təqdim edirik: 

"Dünən qəzaya uğrayan və Xəzər dənizinin şimal hissəsinə düşən MiQ-29 təyyarəsi ilə bağlı yazdığım balaca qeydlərlə bağlı bir tozanağ qopub ki, gəl görəsən. Mən bunu əvvəlcədən də bilirdim və görürdüm. ZƏRRƏ qədər də nə narahatçılığım, nə də narazılığım yoxdur. 

Bir daha əmin oldum ki, bizim gələcəyimçiz belə yanaşma ilə ÇOX QARANLIQDIR. 
Yazdıqlarımı dönə-dönə xüsusi olaraq o fikirlərlə müşayət etdim ki, baş vermiş hadisəni harasa YOZMAQ və ya bağlamaq lazım deyil. Azərbaycan DÖVLƏTİNİN peşəkar hərbçisi və dəyəri 20-30 milyon olan qiymətli hərbi avadanlığı sıradan çıxarılıb. Kimin ağlına nə gəldi, ağzına nə gəldi yazır eee. Hamı da hərb elminin dərin "biliciləri", az qala "akademik və filtifessorları" olub. Ay qardaşlar, ay yoldaşlar, xüsusən də özlərini urusun qucağında daim hiss eləmək istəyən tovarişlər! Sakit olun. Özünüzə gəlin. 
Dövlət və hökumət strukturlarında oturan bəzi dostlarım mənə deyil, yaxın ətrafımla TƏCİLİ olaraq əlaqəyə çıxıblar ki, amanın günüdür, bu yazını silmək lazımdır. Yoxsa sabah Putin Azərbaycana qarşı müharibəyə başlıyacaq. Ay bu işin axırı yaxşı olmayacaq. Min dənə axmaq-axmaq təklif və sözlər. O məşhur komediyada deyilən sözlərlə demək istəyirəm ki, "AY YAZIQLAR. AY QORXAQLAR. AY ACİZLƏR!! Bundan da ağır günümüz olacaq?! Sənin dövlətinin namusuna, qeyrətinə açıq şəkildə sataşmaq istəyirlər və bəzən sataşırlar, bəziləri də peysərə verib mal kimi durub baxırlar. Özünüz bilərsiniz. Hər yazılan və deyilən SÖZ tarixdir və indi də olmasa GƏLƏCƏK nəsil o sözlərə lazımı qiyməti mütləq verəcək. Dünən söylədiklərimi daha da geniş açıqlasam, qorxuram, kimlərinsə pampers alamağa pulları çatmaz.
 
MiQ-29 təyyarələri son 3 ildə Ukraynda hərtərəfli təmir edilib və İŞLƏK vəziyyətdə, YENİ rabitə və naviqasiya avadanlıqları ilə tam təmin edilib. Təyyarənin yaşı çox olsa da, ona son nəsil AVADANLIQLAR quraşdırılb. Burada hərb elmini oxumamış "professor, filtifessorluq" edən tovarişlərə xatırladıram ki, MiQ-29 təyyarəsini heç kim heç nə ilə vurmayıb. Sadəcə KƏNARDAN, uzaq məsafədən - bu maksimum 300 kilometr məsafəni də rahatca əhatə edib öz işini görən REM (Radio Elektron Mübarizə, rusca REB- Radio Elektronnaya Borba) avadanlıqları vasitəsiylə naviqasiya, rabitə avadanlıqlarını anidən SIRADAN çıxarmaq yolu ilə təyyarə "ÖLÜ VƏZİYYƏTƏ" salınıb. Gerisi məlumdur. 

Bu qədər. Yazdıqlarım hansısa ucuz sensasiya xatirinə deyil, dövlətimə, xalqıma və millətimə bağlılıqdan irəli gələn, bizi guya adam yerinə qoymaq istəməyən şimallı,cənublu, şərqli, qərbli yaramazlara sübut etməkdir ki, biz də sizdən fərqli olaraq hər hoqqlarınızı da, naxələfliyinizi də, əclaflığınızı da bilirik. Yoxsa, ay amandır Rusiya bu məsələyə nə deyəcək, nə deməyəcək suallarına, inşallah çox tezliklə cavablar alacağıq, eyni zamanda çox maraqlı hadisələrin şahidi olacağıq. 

Tanrı Azərbaycanımızı qorusun! Allah günahsız şəkildə xaincəsinə sıradan çıxarılan döyüş təyyarəmizin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevə rəhmət etsin. Doğma və əzizlərinə səbr diləyirəm".

Hərbi ekspert onu da xatırladıb ki, Rusiyanın Cənub Hərbi Dairəsinin REM qoşunları avqustun 7-dək Xəzər Dənizində hərbi təlimlərini məhz Azərbaycana məxsus "MİQ-29" qırıcısının qəzaya uğradığı ərazinin yaxınlığında davam etdirəcək.
27.07.2019 11:34:00
Oxuma sayı: 146