Ötən il 483 çoxmərtəbəli binaya təbii qaz verilib
Ölçü:


“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz”dan Koordinat.az-a verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, birlik 2017-ci ilin dekabr ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 71 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 2 968 ailə yaşayır. Ümumiyyətlə, ötən il ərzində təbii qazla təchiz edilmiş hündürmərtəbəli binaların sayı 483 olub ki, həmin binalarda da 21 445 mənzil var.

"Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır”, - deyə məlumatda vurğulanıb.
05.01.2018 15:55:53
Oxuma sayı: 543