Azad Rəhimov idmançılardan çoxlu medal gözləyir
Ölçü:


"Avropa Gənclər Olimpiya Festivalından çoxlu sayda medal gözləyirik".

Koordinat.az xəbər verir ki, bunu jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, bəzi idman növləri üzrə yüksək nailiyyətə böyük ümid bəsləyirik: "Çox istərdik ki, biz bu Festivalda daha çox idman növləri üzrə medallar qazanaq. Festivalın sonuna 2 gün qalıb. Bizim komandamız medal sayına görə 2-ci yerdədir. Azərbaycanın yarışın sonuna qədər medal sayına görə beşlikdən aşağı olmamasını istəyirik".
26.07.2019 10:52:00
Oxuma sayı: 224