Prezident ASC-yə 7,6 milyon manat ayırdı
Ölçü:


Prezident İlham Əliyev sərəncam imzalayıb.

Koordinat.az xəbər verir ki, sərəncama əsasən, Ağcabədi rayonunda beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
25.07.2019 15:17:00
Oxuma sayı: 222