Xəstəxanada doğuş zamanı ana öldü - körpə sağ qaldı
Ölçü:


Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb.

Koordinat.az
xəbər verir ki, APA-nın yaydığı məlumata görə, hadisə Gəncə şəhərindəki  özəl xəstəxanaların birində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Nəsibova Nigar Fəxrəddin qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib. Bir neçə gün müalicə alsa da, N. Nəsibovanı xilas etmək mümkün olmayıb.

Yeni doğulan körpə sağ qalıb. Məlumata görə, bu, N. Nəsibovanın dünyaya gətirdiyi ikinci övladdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
05.01.2018 15:23:00
Oxuma sayı: 75