33 müəllimin nəticəsi ləğv edildi
Ölçü:


Müəllimlərin işə qəbulu imtahanında 33 nəfər imtahan qaydalarını pozduğu üçün nəticəsi ləğv edilib.

Koordinat.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə mətbuat konfransında deyib. O bildirib ki, namizədlərin pozuntu halı köçürməyə cəhd və yanındakı ilə danışmaq olub: "Digər ən geniş yayılmış nöqsan başqasına məxsus olan şəxsiyyət vəsiqəsi ilə imtahana qatılmaqdır. Bundan əlavə xüsusi radio texniki qurğularla keçməyə cəhd edənlər də olub".
25.07.2019 12:33:00
Oxuma sayı: 122