İranlı casuslar “Facebook”da... - iddia
Ölçü:


İsrailin Təhlükəsizlik Agentliyi “Şin Bet” sosial şəbəkələrdə iranlı casusları ifşa etdiyini bildirib.

Koordinat.az “Jerusalem Post”a istinadla xəbər verir ki, əməliyyat yerli polis və ordu səlahiyyətliləri ilə birlikdə həyata keçirilib.

“Şin Bet”in iddiasına görə, əməliyyat zamanı Qərbi Şəriyyədə “İran kəşfiyyatının maraqlarına uyğun fəaliyyət göstərən” qrup aşkarlanıb. Onlar həmin ərazidə “terror aktları törətmək üçün” məxfi informasiya toplamağa çalışıblar.

Qrupa Suriya ərazisindən rəhbərlik edilib. “Əbu Cihad” adlı şəxsin başçılıq etdiyi casuslar “Facebook”dakı saxta hesablarla cuğulçu toplamağa cəhd ediblər.

Agentliyin açıqlamasında deyilir: “İsrail vətəndaşlarının əksəri onlarla əməkdaşlıq etməkdən imtina edib. Onların şübhəli element olduğunu anlayaraq əlaqələri kəsiblər”.

24.07.2019 18:29:00
Oxuma sayı: 106