Daha 2 müəllim maksimum nəticə göstərdi
Ölçü:


İyunun 24-də Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verib. İmtahanda yüksək bal toplayanlar bəlli olub.

Təhsil Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, bu fənn üzrə müəllimliyə namizəd olan Azərbaycan Dillər Universitetinin məzunu  Gülnar Hümbətova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Süsən Məmmədova yüksək nəticə göstərərək 60 bal toplayıb.

Xatırladaq ki, iyunun 22-də kimya fənni üzrə keçirilən imtahanlarda namizədlərdən Aidə Sadıqova 60 bal toplayaraq maksimum nəticə göstərib.
24.07.2019 17:31:00
Oxuma sayı: 130