Türkiyə "S-400" raketlərinin istehsalına başlayır –Rusiya ilə birgə
Ölçü:


"S-400" zenit-raket sitsemlərinin elementlərinin birgə lisenziyalaşdırılmış istehsalının təşkili barədə Moskva və Ankara arasında danışıqlar aparılır.

Koordinat.az xəbər verir ki, bu barədə «Rostex»in başçısı Sergey Çemezov «Anadolu» agentliyinə danışıb: «Belə təcrübə dünyanın hərbi-texniki əməkdaşlığı (HTƏ) bazarında nadir hadisədir. Ancaq Rusiya sənayesi öz imkanlarını təsdiqləyib və biz, işlərin dəqiq qrafiki üzrə irəliləyirik. Elementlərin ilk tədarükü cari ayda həyata keçirilib».

Türkiyəni Rusiyanın açar həmkarlarından biri aldandıran Çemezovun sözlərinə görə, «Rostex» "S-400" zenit-raket sitsemlərinin tədarükünü Türkiyə tərəfin xahişi ilə sürətləndirib. Beynəlxalq səviyyədə gələcək müzakirələrin mövzusu Rusiyanın həm də Türkiyə Respublikasının uzaq məsafəli milli HHM və RƏM sistemlərinin yaradılmasına köməklik göstərməsi məsələsidir.

Qeyd dək ki, Çemezovun izah etdiyi kimi, Türkiyə tərəfi «Rusiyanın ən yeni döyüş modullarına, müxtəlif məsafəli RƏM vasitələrinə və tank əleyhinə komplekslərinə maraq göstərir».

«Kommersant» dəqiqləşdirir ki, Türkiyəyə "S-400" zenit-raket sitsemlərinin tədarükü barədə 2,5 milyard dollarlıq kontrakt 2017-ci ildə imzalanıb.
24.07.2019 09:54:00
Oxuma sayı: 101