Cavid Qurbanovun seçiciləri üçün növbəti qəbul keçirilib - FOTOLAR
Ölçü:


"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir.

Koordinat.az xəbər verir ki, millət vəkilinin tapşırığına əsasən, növbəti qəbul yanvarın 5-də keçirilib. Qəbulu millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən, iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və digər məsələlərlə bağlı olub.

Qəbula gələn seçicilərin problemləri ayrı-ayrılıqda dinlənilib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirilib. Həbib Misirov deyib ki, bütün qaldırılan məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcək.

Xatırladaq ki, budəfəki qəbulda 36 nəfər seçici iştirak edib. Seçicilərin bir qisminin ərizələri baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınlb. Müraciət edən bəzi seçicilərin problemləri yerindəcə həll edilib.  Bildirilib ki, millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır, onların problemlərinin həlli üçün əlindən gələni etməkdədir.

05.01.2018 14:41:00
Oxuma sayı: 13517